Jurnalist Qadir İbrahimli vəfat edib

Kəskin qaraciyər sirrozundan əziyyət çəkən tanınmış jurnalist Qadir İbrahimli xəstəxanada vəfat edib.

TIME bildirir ki, 53 yaşlı jurnalist kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Mərhum jurnalist Qadir İbrahimlinin nəşi ailəsinə təhvil verilib. Jurnalist Qadir İbrahimli ilə vida mərasimi yaşadığı “Jurnalistlər binası”nın qarşısında baş tutub. Mərasimdə mərhumun ailə üzvləri, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun meyiti dəfn olunmaq üçün Lənkəran şəhərinə yola salınıb.

Leave a Reply