Azərbaycan deputatı tikmə sənətində innovativ yanaşma təcrübəsi ilə beynəlxalq konfransda paylaşacaq

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Beynəlxalq qızıl-tikmə, zərgərlik və toxuculuq sənəti festivalında iştirak etmək üçün mayın 26-dək Özbəkistanın  Daşkənd və Buxara şəhərlərində səfərdədir.

TIME rəsmi məndəyə istinadən bildirir ki, səfər çərçivəsində deputatımız  Buxara şəhərində keçiriləcək “Ənənəvi qızıl-tikmə, zərgərlik və toxuculuq sənəti: tarixi, təcrübəsi və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda  iştirak edir.

Tədbir çərçivəsində mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva sessiyanın “Tikmə sənətinin tarixi: dizayn və innovativ yanaşma” mövzusunda çıxış edərək fikirlərini bölüşəcək.

Deputatımız “Ənənəvi qızıl tikmə və zərgərlik sənətinin sosial-mədəni təcrübə kimi qorunması və inkişafı sahəsində dünya təcrübəsi”, “Ənənəvi qızıl tikmə və zərgərlik sənəti: tarixi-nəzəri problemlər və təhsil texnologiyaları” mövzularında keçiriləcək sessiyalara da qatılacaq.

Konfransda Azərbaycan Milli Xalça Muzeyinin eksponatları timsalında Azərbaycan zərgərlik sənətinin növləri və texnologiyaları barədə də fikir mübadiləsi aparılacaq.

Leave a Reply