Azərbaycan 14 ölkə ilə hava nəqliyyatı ilə giriş-çıxışı bərpa edib

Bu gün, 20 may 2022-ci il tarixindən hava nəqliyyatı vasitəsilə 14 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına karantin rejimi tələbləri nəzərə alınmaqla icazə verilir.

TIME rəsmi məndəyə istinadən bildirir ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilib.

Dəyişikliklərə əsasən aşaöıda göstətilən ölkələrdən vətəndaşların Azərbaycana giriş-çıxışına karantin rejimi tələbləri nəzərə alınmaqla icazə verilir:

1.Bolqarıstan Respublikası;
2. Butan Krallığı;
3. Cənubi Afrika Respublikası;
4. Qvatemala Respublikası;
5. Laos Xalq Demokratik Respublikası;
6. Livan Respublikası;
7. Mavriki Respublikası;
8. Misir Ərəb Respublikası;
9. Myanma İttifaqı Respublikası;
10. Nepal Federativ Demokratik Respublikası;
11. Paraqvay Respublikası;
12. Şimali Makedoniya Respublikası;
13. Şri-Lanka Demokratik Sosialist Respublikası;
14. Vyetnam Sosialist Respublikası.”.

Leave a Reply