Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğlərində dəyişiklik edilib

İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğlərində dəyişiklik edilib.

TIME rəsmi məndəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununa 2021-ci il 3 dekabr tarixli 415-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikliyə əsasən bir sıra dövlət rüsumlarının, o cümlədən ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əlaqəli hüquqlar obyektinin inteqral sxem topologiyasının və məlumat topluları ilə bağlı dövlət rüsumlarının məbləğləri orta hesabla 50-100 faiz artırılmışdır. Ölkədə aparılan sosial yönümlü siyasətin əsas istiqamətlərindən biri də vətəndaşların rifahının yaxşılaşdırılması və bu məqsədlə mütəmadi olaraq əmək haqlarının artırılmasıdır.

Bu baxımdan  Agentliyin tabeliyində olan qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi,  onların əmək haqlarının artırılması da Agentliyin diqqət mərkəzindədir.

Bu istiqamətdə aparılan təhlillər nəticəsində əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyatı sahəsində göstərilən xidmətlərə görə xidməthaqlarının məbləğlərinin orta hesabla 50 faiz artırılması məqsədəuyğun hesab olunur.

Leave a Reply