Bəzi yol vergilərinin ləğvini nəzərdə tutan qanun layihəsi hazırlanıb

Azərbaycanda yüklərin tranziti zamanı yol vergisinin ləğvinə yönəlmiş qanun layihəsi hazırlanıb.

TIME xarici mətbuata istinadən bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev “Azərbaycanda beynəlxalq avtomobil daşımalarının inkişaf perspektivləri” mövzusunda konfans zamanı yük daşıyıcılarının Azərbaycan Vergilər Məcəlləsinə uyğun olaraq yol rüsumlarına aid olmayan yol vergisi ödədiklərini qeyd edib.

“Bu normativi ləğv etmək üçün müvafiq qanun layihəsi hazırlanıb. Azərbaycana daxil olarkən yol vergisinin ödənişi həm yerli, həm də xarici yük daşıyıcılarına şamil olunur”, – A.Rzayev deyib.

O qeyd edib ki, bu qanun layihəsində digər məsələlər də yer alıb.

“Bəzi vergi növlərini azaltmaq, bəzilərini isə tamamilə ləğv etmək planlaşdırılır”, – deyə o bildirib.

Leave a Reply