Azərbaycanda transplantasiya üzrə mütəxəssislərin hazırlığına başlanılıb

Azərbaycanda transplantasiya üzrə mütəxəssislərin hazırlığına başlanılıb, artıq donor bankı yaradılıb.

TIME xarici mətbuata istinadən bildirir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında, ölkədə orqan və transplantasiya həyata keçirəcək klinikaların adlarının təsdiq olunduğunu qeyd edib.

Ə.Əmiraslanov bildirib ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun komitə tərəfindən hazırlanıb və Prezident İlham Əliyev tərəfindən təsdiq olunub.

Komitə sədrinin sözlərinə görə, sənədin işləməsi üçün Nazirlər Kabinetinin Sərəncamı var.

Leave a Reply