Azərbaycan və Belarus 70 milyon dollarlıq müqavilələr imzalayıb

Belarusun baş naziri Roman Qolovçenkonun Azərbaycana işgüzar səfəri çərçivəsində iki ölkə arasında 70 milyon dollardan çox məbləğdə müqavilələr və sənədlər imzalanıb.

TIME xarici mətbuata istinadən bildirir ki, Bakıda keçirilən beynəlxalq sərginin ilk günündə 55 milyon dollardan çox məbləğdə müqavilələr imzalanıb.

Bundan başqa, Gəncə Avtomobil Zavoduna səfər zamanı MAZ və QAZ şirkətləri arasında 950 traktorun tədarükü ilə bağlı 15,5 milyon dollarlıq müqavilə imzalanıb.

Leave a Reply