Ukraynadakı vəziyyətlə bağlı dördtərəfli görüş keçiriləcək

Yaxın günlərdə Rusiya, Ukrayna, Türkiyə və BMT-nin humanitar məsələlər üzrə təmas qrupunun iclası keçiriləcək.

TIME xarici mətbuata istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M.Çavuşoğlu qeyd edib ki, BMT Baş katibinin təklif etdiyi humanitar məsələlər üzrə BMT, Türkiyə, Rusiya və Ukraynadan ibarət təmas qrupu var.

“Yaxın günlərdə texniki səviyyədə görüş keçirilməsi planlaşdırılır”, – deyə nazir əlavə edib.

Leave a Reply