Ailə institutunun problemləri cəmiyyətimizdə olan ailə modeli ziddiyyət təşkil edir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Azərbaycan ailə modelinin inkişaf strategiyası” adlı konfransda deyib.
Onun sözlərinə görə, hazırda əsas məqsəd çətin vəziyyətdə olan ailələrin sayını azaltmağa çalışmaqdır.
Konfransda çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri Zahid Oruc isə qeyd edib ki, son 100 ildə məruz qaldığımız ərazi işğalları və müstəqillikdən sonra ölkəmizin xüsusən də milli-mənəvi dəyərlər baxımından sistemli hücumlara, radikal dəyişiklikləri, aşınmanı təşviq edən dairələrin təzyiqinə hədəf olması bir faktdır.
“Dövlətin ailə strategiyasının hazırlanması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Nazirliyinə çevrilməsini istəyərdik. Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil. Lakin bu, o demək deyil ki, bütün bölgələrdə sığınacaqlar olmalıdır. Biz elə etməliyik ki, bir şəxsin problemi sığınacağa qədər həll edilsin. Eyni zamanda, müəyyən sayda sığınacaqların yaradılmasına ehtiyac var”,- deyə o əlavə edib.
O bildirib ki, sığınacaqlardakı xidmətin səviyyəsi qaldırılmalıdır.