İsveç və Finlandiya NATO-da üzvlüklə bağlı rəsmi müraciət ediblər

İsveç və Finlandiyanın NATO-dakı səfirləri ölkələrin alyansa üzvlük müraciətini rəsmi şəkildə baş katib Yens Stoltenberqə təqdim edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müraciətlərin təqdim olunması mərasimi NATO-nun rəsmi saytında canlı yayımlanıb.

Y.Stoltenberq NATO-nun ölkələrin üzvlük müraciətlərini alqışladığını deyib.

“Alyans bunun üçün lazım olan məsələlərin tezliklə həllini təmin edəcək”, – NATO-nun baş katibi bildirib.

Xatırladaq ki, ötən gün İsveçin baş naziri Maqdalena Andersson hər iki ölkənin öz müraciətini mayın 18-də təqdim edəcəyini vurğulamışdı.

Leave a Reply