Uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları beynəlxalq yarışda yüksək nəticələr əldə edib

12-16  may 2022-ci il tarixlərində Türkiyənin Trabzon şəhərində boks idman növü üzrə 2006-2007, 2008-2009-cu il təvəllüdlü  yeniyetmə oğlanlar arasında beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan, Türkiyə və Gürcüstan komandalarından ibarət 82 nəfər idmançı mübarizə aparıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yarışda iştirak edən “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları 8 qızıl, 2 gümüş, və 1 bürünc olmaqla, ümumilikdə 11 medal qazanıb.

Leave a Reply Cancel reply