Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransı keçirilir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, İƏT PA-nın Üçüncü Ümumi Konfransında “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunacaq, post-pandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılacaq.
Konfransdan sonra İƏT PA-ya sədrliyin Azərbaycana keçməsi nəzərdə tutulur.
Tədbirdə Türkiyə, Pakistan, İran, Qazaxstan, Özbəkistan, Qırqızstan, Tacikistanın rəsmi nümayəndələri işirak edir.