Dövlət Turizm Agentliyinin statistik məlumatlarına əsasən Azərbaycana gələn turistlərin sayı 2019-cu illin aprel ayı ilə müqayisədə 81% azalıb, lakin ötən ilin göstəricilərinə nisbətən artım müşahidə olunur.
TIME bildirir ki, bu ilin mart ayında həmişə olduğu kimi Azərbaycana turist axınında artım müşahidə olunub. Belə ki, fevral ayı ilə müqayisədə ölkəyə gələn turistlərin sayı 25% artaraq, 95844 nəfər təşkil edib. 2019-cu ilin fevral və mart aylarında ölkəyə gələn turistlərin sayını müqayisə etdikdə bu göstəricinin mart ayında təxminən 42% artaraq 246338 nəfər təşkil etdiyini görərik.

Bu ilin aprel ayında ölkəyə gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 84% artaraq 84 402 nəfər təşkil edib.
Ümimilikdə 2019-cu ilin ilk dörd ayında ölkəyə 847902 nəfər gəlib, 2021-ci ilin müvafiq dövründə bu göstərici cəmi 163 min nəfər təşkil edib, bu il isə 330 679 nəfər, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artım, 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə isə 2,5 dəfə azalma müşahidə olunub.

Aprel ayında Azərbaycana turst axını əsasən Türkiyədən (22682 nəfər), Rusiyadan (19098 nəfər), İrandan (13284 nəfər) qeydə alınıb. Səyahət, istirahət və digər səbəblərlə Azərbaycana gələnlərin ölkələr üzrə bölqüsündə ilk onluğa Gürcüstan (5800 nəfər), Hindistan (3301nəfər), Ukrayna (1959 nəfər), Qazaxsatan (1820 nəfər), Özbəkistan (1421 nəfər), Pakistan (1364 nəfər), İsrail (1325 nəfər) daxil olublar.