Aİ Azərbaycanla əməkdaşlıqda və reqionda sülhün bərqərar olmağında maraqlıdır

Azərbaycan Avropa bazarlarına enerji ehtiyatlarının fasiləsiz tədarükünü artırmaq, Aİ isə Azərbaycanda sahibkarlığın inkiafına dəstək olmaq və işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etmək niyyətindədir.

TIME bildirir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib ki, ölkəmiz enerji ehtiyyatlarnın tədarükü həcmlərinin artımını gözləyir: “Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın başlıca istiqaməti neft və qaz, eləcə də nəqliyyat sektorudur. Həmçinin alternativ enerjinin inkişafı və bu istiqamətdə əməkdaşlığın genişlənməsi gözlənilir. Ölkəmiz Aİ ölkələrinə və digər bazarlara yük nəqli üçün qovşağa çevrilib. Bizim liman və tikilməkdə olan iqtisadi zonalar mövcud əməkdaşlığı genişləndirməyə və Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi göstəricilərini artırmağa imkan verir”.

Nazir bildirib ki, Azərbaycanın bir sıra dövlət strukturlarında həyata keçirilən islahatlar əlavə investisiyaların cəlb olunmasına və əlverilşli biznes mühitinin formalaşmasına xidmət edir: “Vergi, gömrük və digər orqanlar tərəfindən tətbiq edilən təşviqlər Azərbaycanın investisiya potensialını artırır. Kiçik və orta biznes büdcə gəlirlərinin təxminən 60 faizini təşkil edir, qeyri-neft ixracının 40 faizi də kiçik və orta biznesin payına düşüb”.

M.Cabbarov vurğulayıb ki, Azərbaycan hökumətinin prioritet fəaliyyət istiqamətlərindən biri azad edilmiş ərazilərin bərpasıdır: “Hazırda orada yol və infrastruktur tikintisi işləri aparılır, sənaye zonaları yaradılır. Qarabağda işğal zamanı bütün kəndlər və şəhərlər dağıdılıb. Bizim keçmiş məcburi köçkünlərimiz yaxın perspektivdə öz doğma yurdlarına qayıdacaq”.

Qeyd edək ki, tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko ölkəmizin Avropa İttifaqı (Aİ) üçün cəlbedici biznes tərəfdaşı olduğunu və təmsil etdiyi qurmun Azərbaycanın sahibkarlığın inkişafı üzrə səylərini yüksək qiymətləndirdiyini bildirib.

Səfir onuda deyib ki, Aİ biznesə yardım çərçivəsində Azərbaycanda 25 min kiçik və orta müəssisəyə dəstək göstərəcək.

O əlavə edib ki, Azərbaycan həm də Aİ-nin başlıca enerji tərəfdaşlarından biridir və bu sektorda “Cənub Qaz Dəhlizi” böyük rol oynayır. Alternativ enerji sahəsində layihələrin inkişafı da böyük potensiala malikdir.

“Ötən ildən bəri Aİ ilə Azərbaycan arasında əlaqələr daha da möhkəmlənib ki, bunun da bariz nümunəsi Şarl Mişelin, Oliver Varhelinin Bakıya səfərləri və əlbəttə, Prezident İlham Əliyevin ötən ilin dekabrında Brüsseldə “Şərq tərəfdaşlığı” sammitində iştirak etməsidir”, – deyə P.Mixalko bildirib.

P. Mixalko qeyd edib ki, Aİ Cənubi Qafqazda konkret təşəbbüslər yolu ilə dinc münasibətlərin qurulmasını, həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir: “Aİ, həmçinin Azərbaycanın azad edilmiş ərazilərində minaların təmizlənməsi prosesini və bərpa üzrə istənilən layihələri dəstəkləyir. Yüzlərlə Avropa şirkəti iqtisadiyyatın müxtəlif sektorları üzrə bərpa işlərində iştirak etməkdə maraqlıdır”.

Avropa İnvestisiya Bankının Cənubi Qafqazda regional nümayəndəliyinin rəhbəri Matsey Çura biznes forumunda deyib ki, bankı Azərbaycanda yeni layihəyə start verməyi planlaşdırır: “Bizim yeni təşəbbüsümüz olan “Eastern Partnership Investment in Connectivity” (EPIC) tezliklə Azərbaycanda işə salınacaq. Bu təşəbbüs infrastruktur layihələrinin hazırlanması və reallaşdırılmasında texniki yardımı nəzərdə tutur. Bu layihə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dəstəklənməsi üçün imkanlar yaradacaq”.

Leave a Reply