Xarici ticarət dövriyyəsinin böyük hissəsi İtaliyanın payına düşür

2022-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki
şəxsləri dünyanın 152 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş,
100 ölkəyə məhsul ixrac olunmuş, 140 ölkədən idxal olunmuşdur.


TIME rəsmi mənbəyə istinadən bildirir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam
başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri
nəzərə alınmaqla 2022-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi
12194,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 9267,1 milyon dollarını
və ya 76,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 2927,1 milyon dollarını (24,0 faizini)
isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 6340,0 milyon dollar məbləğində
müsbət saldo yaranmışdır. 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət
dövriyyəsi faktiki qiymətlərlə 1,7 dəfə, real ifadədə 9,5 faiz, o cümlədən ixrac 16,8 faiz
artmış, idxal isə 3,7 faiz azalmışdır.
2022-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni
dövrü ilə müqayisədə faktiki qiymətlərlə 45,0 faiz, real ifadədə 32,1 faiz artaraq 727,2
milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici
ticarət dövriyyəsinin 36,3 faizi İtaliya, 13,2 faizi Türkiyə, 5,8 faizi Rusiya, 4,4 faizi Çin, 3,7
faizi Ukrayna, 3,6 faizi Portuqaliya, 3,1 faizi İsrail, 2,6 faizi Yunanıstan, 2,4 faizi
Gürcüstan, 2,3 faizi Tailand, 2,2 faizi Almaniya, 1,7 faizi Qazaxıstan, 1,6 faizi Birləşmiş
Krallıq, hər biri 1,3 faiz olmaqla Rumıniya və Hindistan, hər biri 1,1 faiz olmaqla İran, Tunis
və İspaniya, 11,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına
düşmüşdür.

İxracın 48,8 faizini İtaliyaya, 12,0 faizini Türkiyəyə, 4,9 faizini Portuqaliyaya, 4,1
faizini İsrailə, 4,0 faizini Ukraynaya, 3,5 faizini Yunanıstana, hər biri 2,9 faiz olmaqla
Gürcüstan və Tailanda, 1,9 faizini Rusiyaya, 1,6 faizini Birləşmiş Krallığa, hər biri 1,5 faiz
olmaqla Tunis və Rumıniyaya, 1,4 faizini Almaniyaya, hər biri 1,3 faiz olmaqla İspaniya
və Hindistana, 1,1 faizini Çexiyaya, 0,8 faizini Belarusa, 4,5 faizini isə digər ölkələrə
göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (35,1 faiz), Rusiyaya
(20,5 faiz), Gürcüstana (6,5 faiz), İsveçrəyə (4,6 faiz), ABŞ-a (4,0 faiz), İtaliyaya (3,6 faiz),
Braziliyaya (2,2 faiz), Niderlanda (2,1 faiz), Rumıniyaya (1,5 faiz), Qazaxıstana (1,4 faiz),
Çinə (1,4 faiz), Ukraynaya (1,3 faiz), Özbəkistana (1,2 faiz), İrana (1,2 faiz), Kiprə (1,2
faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,5 faizi Türkiyə, 16,3 faizi
Rusiya, 16,1 faizi Çin, 6,0 faizi Qazaxıstan, 4,4 faizi Almaniya, 3,9 faizi İran, 2,9 faizi
Ukrayna, 2,6 faizi ABŞ, 2,3 faizi İtaliya, 2,0 faizi Koreya, hər biri 1,6 faiz olmaqla Birləşmiş
Krallıq və Yaponiya, hər biri 1,4 faiz olmaqla Hindistan, Fransa və Norveç, 1,0 faizi
Türkmənistan, hər biri 0,9 faiz olmaqla İndoneziya, Rumıniya və Polşa, 15,9 faizi isə digər
ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2022-ci ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm
məhsul növlərindən təzə tərəvəz ixracı 50,6 faiz, tütün – 3,4 dəfə, çay – 33,3 faiz, mineral
gübrələr – 7,3 dəfə, polietilen – 1,4 faiz, emal olunmamış alüminium – 1,8 dəfə, qara
metallardan çubuqlar – 47,4 faiz, sement klinkerləri – 20,9 faiz, qara metallardan borular
– 36,8 faiz, bentonit gili – 20,3 faiz artmış, təzə meyvə ixracı isə 6,1 faiz, şəkər – 33,9
faiz, bitki yağları – 38,4 faiz, meyvə və tərəvəz şirələri – 37,3 faiz, meyvə və tərəvəz
konservləri – 6,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 41,5 faiz, kartof – 45,1
faiz, təbii üzüm şərabları və üzüm suslosu – 56,9 faiz, pambıq lifi – 30,4 faiz, polipropilen
– 8,0 faiz, pambıq ipliyi – 21,5 faiz, qara metallardan yarımfabrikatlar – 23,2 faiz
azalmışdır.
2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2022-ci ilin yanvar-mart aylarında
təzə meyvə idxalı 7,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,5 faiz, unlu
qənnadı məmulatları – 15,4 faiz, kartof – 7,6 faiz, quş əti və onun əlavə məhsulları – 26,5
faiz, minik avtomobilləri – 12,1 faiz, dərman vasitələri – 16,0 faiz, polad prokatı – 31,5
faiz, qara metallardan çubuqlar – 11,2 faiz, rezin şinlər – 23,1 faiz, sintetik yuyucu
vasitələr – 6,3 faiz, polietilen – 1,7 dəfə, mebellər – 2,3 faiz, avtobuslar – 2,3 dəfə, məişət
kondisionerləri – 1,8 dəfə, qara metallardan künclüklər – 19,2 faiz, polipropilen – 25,7
faiz, sement – 7,6 faiz artmış, buğda idxalı isə 2,7 faiz, bitki yağları – 14,5 faiz, xam şəkər
– 24,8 faiz, şokolad və şokolad məhsulları – 5,8 faiz, çay – 2,6 faiz, təzə tərəvəz – 41,5
faiz, mal əti – 51,4 faiz, siqaretlər – 80,8 faiz, qara metallardan borular – 10,8 faiz,
hesablama maşınları, blok və qurğuları – 14,6 faiz, yük avtomobilləri – 19,0 faiz, mineral
gübrələr – 79,7 faiz, paltaryuyan maşınlar – 8,5 faiz, məişət soyuducuları – 43,2 faiz
azalmışdır.

Leave a Reply