Sabah hava küləkli olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 20-23° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-10° isti olacaq.

Leave a Reply Cancel reply