Prezident İlham Əliyev bir neçə QSC-nin Müşahidə Şuralarının tərkibində dəyişikliklər edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bir neçə Qapalı Səhmdar Cəmiyyətin Müşahidə Şurasının tərkibində dəyişikliklərin edilməsi haqda sərəncamlar imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2555 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam verib.

Sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2555 nömrəli Sərəncamının birinci hissəsində hər iki halda “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə, “Zaur Qurbanov” sözləri “Anar Novruzov” sözləri ilə əvəz olunsun və həmin hissəyə “iqtisadiyyat nazirinin” sözlərindən sonra “birinci” sözü əlavə edilib.

Prezident İlham Əliyevin digər sərəncamına əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2516 nömrəli Sərəncamının birinci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə, “rəis müavini” sözləri “rəisi” sözü ilə, “Zaur Qurbanov” sözləri “Xəyyam Məmmədov” sözləri ilə əvəz edilib.

Dövlət başçısının digər sərəncamına əsasən, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 258) birinci hissəsinə “iqtisadiyyat nazirinin” sözlərindən sonra “birinci” sözü əlavə olunsun və həmin hissədə “Xidməti rəisinin müavini” sözləri “Xidmətinin rəisi” sözləri ilə, “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə, “Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini” sözləri “Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin müdiri” sözləri ilə əvəz edilib.

Prezident İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamının birinci hissəsi ilə təsdiq edilmiş “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi burada göstərilən redaksiyada verilir.

Leave a Reply