“Eurovision” müsabiqəsinin qalibi Ukrayna oldu – VİDEO

“Eurovision” müsabiqəsinin qalibi olan Ukraynanın Pezidenti Vladimir Zelenski “Eurovision 2023”-ün Mariupolda keçirmək üçün əlindən gələni edəcəyini deyib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, rəsmi səsvermənin nəticələrinə əsasən Böyük Britaniya birinci yerdə olub, ikinci və üçüncü yerləri isə İspaniya və İsveçrə bölüşüb, lakin xalq səsverməsinin nəticələri əlavə olunduqdan sonra 631 xalla Ukrayna qalib gəlib.

İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da təşkil edilən 66-cı “Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” adlı mahnını ifa edib.

Nadir Rüstəmli müsabiqənin mayın 13-də keçirilən ikinci yarımfinalında səsvermədən sonra ilk onluğa daxil olaraq finalda mübarizə aparmağa haqq qazanıb.

Turin şəhərinin ev sahibliyi ilə keçirilən “Eurovision 2022”nin ikinci yarımfinalında iştirak edən 18 ölkədən ancaq 10-u final mərhələsinə adlaya bilib.

Azərbaycan da daxil olmaqla Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya finala vəsiqə qazanıb.

Qeyd edək ki, mahnı müsabiqəsinin birinci yarımfinalında 10 ölkə – Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistan finala çıxmışdı.

Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya yarışmaya birbaşa finaldan qoşulacaq. Şüarı “The Sound of Beauty” (“Gözəlliyin Səsi”) olan “Eurovision 2022”nin finalında 25 ölkənin təmsilçiləri çıxış edib və Azərbaycan 106 səs toplayaraq və müsabiqədə 16-cı yerdə qərar tutub.

Leave a Reply