DİM-in “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsini nəşr edib

Jurnalda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üçün keçirilən qabiliyyət imtahanları haqqında da məlumat verilmişdir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki,  “Abituriyent” jurnalının xüsusi buraxılışı olan bu jurnalda ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, ixtisaslar üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumatlar, bu ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar əksini tapıb.

Leave a Reply