İdxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiq edilib

Nazirlər Kabinetinin Qərarına əsasən idxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiq edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qərara əsasən idxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların, dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib. Siyahıya aşağıdakı məhsullar daxildir:

– Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı
– Müxtəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton
– Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük
– İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər
– Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları
– Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma