Azərbaycan internet istifadəçiləri yaxın zamanda Starlink-ə qoşula biləcəklər

“SpaceX” şirkətinin idarə etdiyi peyk internet sistemi olan Starlink hazırda dünyanın 32 ölkəsində mövcuddur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, aşağıda təqdim etdiyimiz xəritədə “Mövcud” kimi qeyd olunan ərazilərdən sifariş verən insanlara Starlink dərhal çatdırılacaq.

https://platform.twitter.com/widgets.js

Xəritəyə nəzər salsaq görərik ki, Starlink əsasən Amerika, Avropa, Asiya, Avstraliya, Yeni Zelandiyanın böyük hissəsini əhatə edir. Rusiya, Belarus, Çin, İran, Əfganistan, Venesuela, Kuba kimi ölkələr Starlinkin əhatə dairəsinə daxil deyil.

Azərbaycan və Türkiyə tezliklə şirkətin xidmətlərindən istifadə edə biləcək ölkələr sırasındadırlar.

İnteraktiv xəritə ilə tanış olmaq üçün və Starlink-ə qoşulma ilə bağlı ətraflı məlumatı buradan ala bilrsiniz.

Leave a ReplyCancel reply