Mərakəş çəyirtkələri Azərbaycana hücum ediblər

Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəsisləri tərəfindən xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərə qarşı mübarizə nəticəsində miqrasiyanın qarşısı alınıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, aparılan fitosanitar müşahidələrə əsasən Gürcüstan Respublikası ilə sərhəd zolağında yerləşən Samux rayonu Burunqovaq kəndi ərazisinə Gürcüstan Respublikasına məxsus təbii otlaq sahələri istiqamətindən xüsusi təhlükəli zərərverici  hesab edilən mərakeş (Dociostaurus maroccanus) çəyirtkələrinin 1-2 yaş mərhələsində olan sürfə dəstələrinin miqrasiyası müəyyən edilib.

Çəyirtkə dəstələrinin uçuş koordinatları və ümumi ərazisi müəyyənləşdirilib. Kimyəvi mübarizə tədbirlərinin vaxtında, operativ həmçinin optimal müddətdə və mobil texnikalar vasitəsilə aparılması nəticəsində cəyirtkə miqrasiyasının ziyan vurma həddi minumuma endirilib. AparıIan kimyəvi mübarizənin 90-95% səmərəliyi olub.

Hazırda həmin ərazilərdə fitosanitar müşahidələr davam etdirilir, zərərveriçinin aşkarlanan xırda dəstələrə qarşı mübarizə tədbirləri həyata keçirilir.

Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda dərhal Aqrar Xidmətlər Agentliyinin müvafiq yerli qurumlarına Rayon Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzlərinə və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı mərkəzinə məlumat versinlər. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma