“Himayədar ailə” modelinin tətbiqində Türkiyə təcrübəsi nəzər alınacaq

“Himayədar ailə” modelinin tətbiqi ilə bağlı Türkiyənin ekspertləri tərəfindən konsultasiyalar keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda “Himayədar ailə” qayğı modelinin tətbiqi istiqamətində qanunvericilik bazasının yaradılması işləri davam etdirilir.

Bu barədə nazirlikdə keçirilən iclasda bildirilib. Əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin 15 fevral 2022-ci il tarixli Fərmanının
icrası işlərini qeyd edib.

O, Fərmana əsasən “Himayədar ailə” qayğı modeli üzrə idarəetmə və xidmətlərin e-
infrastruktur üzərindən həyata keçiriləcəyini, himayədar ailə (himayədar valideyn) olmaq
istəyən ailələrin (şəxslərin), himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun da e-sistem
vasitəsilə aparılacağını diqqətə çatdırıb.

V.Nəsirli “Himayədar ailə” modelinin tətbiqi ilə bağlı qabaqcıl dünya təcrübəsinin
öyənildiyini, xüsusilə Türkiyə təcrübəsindən istifadəyə önəm verildiyini bildirib.
O, növbəti aydan müvafiq sahələrdə çalışan əməkdaşlara Türkiyədən dəvət olunmuş
ekspertlər tərəfindən reinteqrasiya, qeytkipinq, himayədar ailə üzrə müvafiq mütəxəssis
konsultasiyalarının keçiriləcəyini qeyd edib.

İclasda qeyd olunan yeni modelin ölkəmizdə tətbiqi ilə bağlı aparılan hazırlıq işləri və
qarşıda duran vəzifələr, eləcə də təkliflər müzakirə olunub.

Himayədar ailə institutu dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə
verilməsi ilə ailə mühitində yaşamalarına və bununla onların inkişafına şərait yaradılmasına
xidmət edir.

Dövlət başçısının qeyd edilən Fərmanına əsasən, himayədar ailə sahəsində dövlət
siyasəti, tənzimləmə və dövlət nəzarəti 2022-ci il noyabrın 1-dən Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Leave a ReplyCancel reply