Demensiyanın qarşısını hansı məhsulla almaq olar?

Kaliforniya Universitetinin tədqiqatçıları demensiyanın inkişaf riskini azaltmağa kömək edən məhsulun adını açıqlayıblar.

TIME xarici mətbuata istinadən bildirir ki, qaragilənin tərkibində yüksək səviyyədə mikroelementlər və antioksidantlar var və onların istifadəsi orqanizmin metabolik və idrak imkanlarını yaxşılaşdırmağa kömək edir. Tədqiqatın nəticələri Nutrients jurnalında dərc olunub.

Tədqiqat zamanı tədqiqatçılar 50-65 yaş arası 33 xəstənin məlumatlarını təhlil ediblər onlarda artıq çəki, şəkərli diabet öncəsi və yaşla əlaqədar yaranan yüngül yaddaş pozğunluğu müşahidə olunub. Subyektlər seçimi, gec yetkinlik dövründə demensiyanın və digər xəstəliklərin inkişaf riskinin artması ilə əlaqədar idi.

12 həftə ərzində onlara mütəxəssislərin verdiyi giləmeyvə tozu (bir porsiya yarım stəkan bütöv giləmeyvəyə bərabərdir) istisna olmaqla, hər hansı giləmeyvə götürməkdən çəkinmək tapşırılıb. Onlarla yanaşı, nəzarətdə olan plasebo qəbul edən daha bir qrup da var idi. Bundan əlavə, xəstələr idrak qabiliyyətlərinin səviyyəsini müəyyən etmək üçün sınaqdan keçirilib, adətən demensiyalı qocalmış insanlarda bu qabiliyyət azalır. Məlum olub ki, qaragilə yeyən qrup iştirakçıları özünə nəzarəti və idrak problemlərini həll etmək qabiliyyətini yaxşılaşdırıblar. Onlarda həmçinin aclıq zamanı insulin səviyyəsi aşağı olub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma