“Bakcell”dən Azərbaycanda növbəti İLK – ViDEO

Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq ən müasir səs texnologiyasını istifadəyə verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu VoLTE (Voice over LTE) texnologiyasıdır.
VoLTE smartfon istifadəçilərini daha sürətli, aydın və kəsintisiz səs xidmətləri ilə təmin edir.

Bu ən müasir səs texnologiyası Bakcell abunəçiləri üçün əlavə imkanlar da yaradır. Belə ki, bundan sonra eyni vaxtda həm telefonla danışmaq, həm də LTE şəbəkəsində internetdən tam şəkildə yararlanmaq mümkün olacaq. VoLTE texnologiyası smartfon batareyasının qənaətlə istifadəsinə də təsir göstərir.

“Bakcell”in VoLTE xidməti işğaldan azad olunmuş ərazilərimiz daxil olmaqla bütün ölkə ərazisində mövcuddur. Şuşada, Cıdır düzündə və Qarabağın digər ərazilərində quraşdırılmış yüksək keyfiyyətli LTE şəbəkəsi sayəsində Bakcell abunəçiləri bu xidmətdən istifadə edə biləcəklər.
Mobil telefonun VoLTE texnologiyasını dəstəkləməsini *303#YES kodunu yığmaqla yoxlamaq olar. Ətraflı məlumat volte.bakcell.com səhifəsində yerləşdirilib.

2021-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu gün Bakcell şəbəkəsi 9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 92.6%-ni əhatə edir.

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma