Tayka Vaytiti “Tor: Məhəbbət və İldırım” üçün gözlənilməyən roman hazırlayıb

“Tor: Məhəbbət və İldırım” filminin adına əsasən, rejissor Tayka Vaytiti romantikaya və sevgiyə çox vaxt ayıracaq.

TIME xarici mətbuata istinadən bildirir ki, filmin izləyicilərini yalnız Tor ilə Jeyn Fosterin münasibətlərinin inkişafı gözləmir – Vaytiti bacardığı gədər təəccübləndirmək və kanonları alt-üst etmək niyyətindədir. 

“Məncə, insanların çoxu sevgi hekayəsinin Kris [Hemsvort] və Natali [Portman] arasında baş verəcəyini güman edir. İnsanların düşündüklərinin bu filmdə baş verəcəyinə söz verə bilmərəm”.

Rejissor nədən danışdığını dəqiqləşdirməyib. Tayka Vaytiti yalnız “sevgiyə inanan personajları göstərəcək” olduğunu qeyd edib.

“Mən həmişə etinasızlıqla yanaşdığım bir şeyi qəbul etmək və məhəbbət ideyasını araşdırmaq – sevgiyə inanan personajları göstərmək istəyirdim. Kağız üzərində bu bir az yöndəmsiz görünür, lakin bunun gücünü göstərməyin üsulu var, güclü filmdə, güclü personajlar vasitəsilə super qəhrəman filminin heç bir pərəstişkarının istəmədiyini göstərmək – personajlar öpüşəcəklər və məhəbbətdən bvəhs edəcəklər.

“Tor: Məhəbbət və İldırım” filminin kinoteatrlarda nümayişinin 8 iyul 2022-ci iplanlaşdıl tarixində başlaması planlaşdırılır.

Leave a Reply