Sabah bəzi ərazilərdə qaz təchizatı dayandırılacaq

Magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə, sabah saat 09:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 5-ci km-dən ayrılan “Novxanı qolu” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə, 12.05.2022-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi təmir aparılan müddətdə Abşeron rayonu üzrə Novxanı kəndinin, Binəqədi rayonu üzrə Binəqədi kəndinin, Gülüstan yaşayış massivinin və Mədən ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacağı ilə bağlı məlumat verib.

Təmir işlərinin günün 1-ci yarısında yekunlaşdırılaraq qaz təchizatının bərpası planlaşdırılır.

Leave a Reply Cancel reply