Ceyms Uebb (James Webb) kosmik teleskopu 4 ay yarım bundan əvvəl istifadəyə verilib və son məkanına çatdıqdan sonra artıq teleskopun mövcud olan potensialını nümayiş etdirən yeni foto şəkillər yayımlanıb.
TIME xarici mətbuata istinadən bildirir ki, NASA Ceyms Uebb -in MIRI aləti və artıq köhnəlmiş Spitzer Space teleskopunun IRAC kamerasının çəkdiyi şəkilləri müqayisə edib: “İki şəkil arasındakı fərq böyükdür. Ceyms Uebb-in foto keyfiyyəti bizim heç vaxt əldə edə biləcəyimiz hər şeydən fərqli olacaq. Yeni kosmik teleskop bu ilin sonları əməliyyatlara başlayanda erkən kainat haqqında daha çox məlumat əldə etməyimizə kömək edən instrumental vasitə olmalıdır”.

© Provided by BGRJames Webb’s photo quality compared to Spitzer
Ekspertlər qeyd ediblər ki, James Uebb-in yüksək foto keyfiyyəti artıq şəkillərin daha detallı olmasına imkan verir, halbuki yaxın keçmişdə uzaq qalaktikaların təfsilatlarını foto obyektivlər ilə tutmaq çətin idi. Bun günədək Hubble və digər kosmik alətlərin bəzi möhtəşəm görüntüləri geniş ictimaiyyətə təqdim edilib, lakin Webb daha geniş imkanlara malikdir: “İnsanı yenidən Aya qöndərmək, eləcə də Marsın yaşayış yeri olması üçün yollar axtarmaq üçün irəliləmək üçün, kainatımız haqqında daha çox anlamağa əsasımız budur. Evə zəng etdiyimiz bu yer bizdən qat-qat böyükdür. Dəqiq, yüksək keyfiyyətli şəkillər çəkmək bacarığı kosmosdakı kəşfləri gənc astronomlara nümayiş etdirməyə imkan verəcək. Gənc nəsil Yer kürəsindən uzaqda yerləşən ekspedisiyalarımızda mühüm rol oynamağa davam edəcək”.
NASA bildirib ki, Ceyms Uebb-in foto keyfiyyəti qara dəliklərin sirləri haqqında daha çox məlumat əldə etməyimizə də kömək edə bilər.