Hərraca 10 kiçik dövlət müəssisə və obyekti çıxarılacaq

Mayın 17-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hərraca 10 kiçik dövlət müəssisə və obyekti çıxarılacaq.

Son keçirilən hərracda 3 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib. Satılan əmlaklar İmişli, Lənkəran və İsmayıllı rayonlarında yerləşir, xidmət və emal sahələrinə aiddir. Əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilib. Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 67 500 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3ysd2Ow )  

Leave a Reply Cancel reply