Dələduzluq ilə məşğul olan “şirkət rəhbəri” saxlanılıb

Özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək vətəndaşları dələduzluq yolu ilə aldadan və onların 213 min manatdan artıq pulunu ələ keçirən şəxs saxlanılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan Vüsal Bağırov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək müxtəlif vaxtlarda 5 nəfəri onların mənzilini təmir edəcəyi adı ilə aldadıb zərərçəkənlərin pullarını ələ keçirib. Bu müddət ərzində Vüsal Bağırov həmin şəxslərdən ümumilikdə 213 min manatdan artıq pul alıb. Buna baxmayaraq o, vəd etdiyi kimi mənzillərdə təmir və tikinti işləri həyata keçirməyib.  

Faktlarla bağlı Vüsal Bağırov barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Cinayət İşi başlanılıb. Vüsal Bağırov saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan şəxsin digər şəxslərə qarşı analoji cinayətlər törətməsi istisna  edilmir. Vüsal Bağırovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, “102” Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

One thought on “Dələduzluq ilə məşğul olan “şirkət rəhbəri” saxlanılıb”

  1. Salam, həmçinin Oktayoglu təmir tikinti şirkətinin rəhbəri kimi özünü qələmə verən Əliyev Kənan Oktay oğlu da bu cür dələduzluqla məşğuldur. Bir çox insanı evi tam şəkildə təmir edib təhvil verəcək adı ilə aldadır. Keyfiyyətsiz və çox az miqdarda təmir edib sonra işi dayandırır. Bu şirkətdən əziyət çəkənlər mütləq şəkildə polis və prokrorluğa müraciət etməlidirlər ki, cəzasız qalmasın. Həmçinin heç kim aldanmasın və bu şirkətlə iş görməsin. Aşağıda linki qeyd olunan şirkətdir. Səhifəsinə baxsanız yarımçıq işlərin heçbiri tamamlanmayıb və tam təmirli ev videoların isə əvvəli yoxdur, başqa səhifələrdən videoları oğurlayaraq insanları aldadır.

    https://www.instagram.com/oktayoglu_inshaat/

    #oktayoglu #oktayogluinshaat #oqtayoglu #oqtayogluinshaat #ogtayoglu #ogtayogluinshaat #oqtayoglu #oqtayogluinşaat #temir #temirtikinti #təmirtikinti #təmir

Leave a Reply