Bakıda yerli məhsullar festivalı keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 20-22 may tarixlərində “Passage 1901”də istehsalla məşğul olan biznes subyektlərinin satış-sərgi yarmarkası – “Azərbaycan İstehsalçılar Festivalı 2022” keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yarmarkanın təşkilində məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır.

Yarmarkada 150-yə yaxın biznes subyekti tərəfindən 3 gün müddətində tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və s. məhsullar, eləcə də xidmətlər təqdim olunacaq.

Tədbir çərçivəsində həmçinin, öz biznesini genişləndirmək istəyən sahibkarlar üçün ikitərəfli görüşlər və tanınmış ekspertlərin iştirakı ilə məsləhət saatları təşkil olunacaq, uğurlu iş adamları ilə təcrübə mübadiləsi imkanı yaradılacaqdır.

Yarmarkada iştirak ödənişsizdir. Maraqlanan sahibkarlar aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3MseR2K

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma