Asiya İnkişaf Bankı vergidən yayınma sxemləri mövzusunda təlim keçirəcək

Asiya İnkişaf Bankının təşkilatçılığı ilə Dövlət Vergi Xidmətinin əməkdaşları üçün “Transfer qiymətlərinin müəyyən edilməsi”nə həsr olunmuş təlim keçirilib. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, beynəlxalq vergitutma sahəsində ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə baş tutan təlimin birinci sessiyası zamanı transfer qiymətlərinin müəyyənləşdirilməsi üsulları, müqayisə edilən əməliyyatlar və onların təhlili üçün istifadə olunan məlumat bazaları haqda məlumat verilib, o cümlədən əlaqəli tərəflər arasında əməliyyatlarla bağlı məşğələ aparılıb. Təlimin növbəti sessiyasının may ayının sonunda təşkil edilməsi planlaşdırılır.

Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində belə təlimlərin davam etdirilməsi, DVX əməkdaşlarının beynəlxalq vergitutma sahəsində bilik və bacarıqlarının müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur.

Növbəti təlimlərdə vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə (BEPS) qarşı tədbirlər kontekstində vergidən yayınma sxemləri, bununla bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tövsiyələri, eləcə də qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla digər mövzular əhatə olunacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma