Ərəb Əmirlikləri Azərbaycanla “yaşıl” enerji sahəsində əməkdaşlığın inkişafına maraq göstərir

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər çərçivəsində energetika naziri Pərviz Şahbazovun bu ölkənin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei və “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüşləri olub. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, energetika naziri Pərviz Şahbazov “Ümumdünya Kommunal Xidmətlər Konqresi”nin yüksək səviyyədə təşkilinə və dəvətə görə təşəkkürünü bildirib. Bu tədbirin qlobal enerji gündəliyində olan məsələlərlə yanaşı ölkələrimiz arasında ikitərəfli enerji əməkdaşlığının müzakirəsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Görüşdə Azərbaycanda bərpaolunan enerji sahəsində planlaşdırılan investisiya layihələri, elektrik enerjisinin istehsalı və ixracı, həmçinin təbii qaz, enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Qaradağ GES-in inşası iki ölkə arasında yüksək münasibətlərin töhfəsi və “yaşıl” enerji əməkdaşlığının başlanğıcı kimi qiymətləndirilib. Bu əməkdaşlığın inkişafına BƏƏ-nin marağı və dəstəyi bir daha da ifadə edilib.  

Söhbət zamanı qlobal enerji bazarlarındakı cari vəziyyətə və “OPEC plus” formatında əməkdaşlıqdan irəli gələn məsələlərə də toxunulub.

Səfər çərçivəsində Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüşüb. 

“Masdar” şirkətinin Abu-Dabidə yerləşən mənzil-qərargahında baş tutan geniş tərkibli görüşdə bərpa olunan mənbələrdən enerji istehsalı üzrə əməkdaşlığın yeni layihələrlə genişləndirilməsi əsas müzakirə obyekti olub. “Masdar” şirkətinin əməkdaşlıq təklifləri Azərbaycanın “yaşıl” enerji siyasəti və hədəfləri çərçivəsində, texniki-iqtisadi və digər aspektlərdə dəyərləndirilib.

Görüşdə, həmçinin Qaradağ GES-in nəzərdə tutulan vaxtda istismara verilməsi istiqamətində görülən işlər və icra prosesini sürətləndirəcək qarşılıqlı addımlar da nəzərdən keçirilib. Bildirilib ki,“Masdar” ilə hazırda həyata keçirilən və planlaşdırılan layihələr Azərbaycanın bərpa olunan mənbələrdən elektrik enerjisinin və hidrogenin ixrcatçısı olmasını, eləcə də karbon emissiyalarının azaldılmasına birgə töhfəni təmin edəcək böyük imkanlardır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma