Müasir müstəqil Azərbaycanın bünövrəsini qoyan dahi siyasətçi

Bu gün, mayın 10-da Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-illik yubileyi qeyd olunur.

“Dünya quruculuq sayəsində yaşayır və inkişaf edir” – bu sözləri bütün həyatı boyu müasir Azərbaycanın yaradıcısı olmuş dahi şəxsiyyət və siyasətçi demişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri var, ona görə də o, Vətəni və xalqı üçün həmişə əziz olacaq. Görkəmli şəxsiyyət sağlığında gördüyü işlərlə tarixdə əbədiləşmiş böyük azərbaycanlıdır. O, Azərbaycanın salnaməsində nadir lider, güclü dövlət başçısı, fədakar şəxsiyyət kimi qalıb. Ulu öndər Azərbaycanı bütün dünyada tanıdıb. Heydər Əliyevin parlaq həyat yolu və əzimkarlığı onu Azərbaycan xalqının ümummilli liderinə, eləcə də dünya siyasətinin nəhəng simasına çevirdi. 

“Bütün həyatımın məqsədi yalnız bütün varlığımla sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkənin iqtisadi, siyasi, mədəni inkişafına xidmət etmək olub”  

Heydər Əliyev

Bu sözləri deyən Heydər Əliyev bütün dövrlərdə xalqımızın rifahı, qüdrətli Azərbaycan naminə çalışıb.

Heydər Əliyev ona görə ümummilli liderə çevrildi ki, o, mənəvi keyfiyyətləri ilə siyasətçi və mütəfəkkir istedadını özündə birləşdirirdi.

“Hakimiyyətə müxalifət ola bilərsən, amma Vətənə, xalqa, mənəviyyata, yüksək ideallara müxalif ola bilməzsən”

Heydər Əliyev bu fikri öz əməlləri ilə dönə-dönə sübut etmişdir. Ona görə də Azərbaycan tarixinin bütöv bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrün əsas məzmunu isə milli- mənəvi dəyərləri qorumaq ilə müasir dövrün tələbləri ilə ayaqlaşmaq, daim inkişaf etmək, dövlətçiliyi möhkəmləndirmək, parlaq, tolerant, azad və nəhəng Azərbaycan dövləti qurmaq idi.

Azərbaycan Prezidenti İlham Əliyev onun layiqli davamçısı olaraq bu prinsiplər əsasında müasir, müstəqil və müzəffər Azərbaycan dövlətinin ayaqda durmasının qarantı oldu. Azərbaycan xalqı illərlə işğal altında olan torpaqlarına govuşdu və bu torpaqlarda quruculuq işləri aparır. Ölkəmizin ərazi bütövlüyü və qələcək rifahı təmin olundu.

Bu gün artıq 30 il doğma Qarabağ torpağından qaçqın və məcburi köçkün düşmüş azərbaycanlılar geri qayıdırlar. İşğaldan azad edilmiş ərazilərimizdə sürətlə quruculuq işləri aparılır, yollar salınır, evlər, məktəblər, xəstəxanalar, məscidlər tikilir. Vaxtı ilə xarabalıqlar olan torpaqlarda parklar salınır, məhv edilən meşələrin yerinə yeni ağaclar əkilir, müxtəlif festivallar və beynəlxalq tədbirlər keçirilir.

Ümummilli liderimiz Heydər Əliyevin müsahibələrdən birində: “Biz o torpaqları işğaldan azad edəcəyik” vədi gerçəkləşdi.

Aynur Vəliyevə

Leave a Reply