Lisenziya və icazə tələb edən audiovizual media fəaliyyəti çeşidi və rüsumlar siyahısı təsdiq edilib

Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “Dövlət rüsumu haqqında” Qanununda dəyişiklik edilməsi barədə” qanunları imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanuna əsasən dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısının 5-ci maddəsində ( Teleradio yayımı fəaliyyəti) aşağıda göstərilən dəyişiklik edilib:

  1. audiovizual media fəaliyyəti:
    5.1. ümumölkə yerüstü televiziya yayımçısı
    5.2. ümumölkə yerüstü radio yayımçısı
    5.3. regional yerüstü televiziya yayımçısı
    5.4. regional yerüstü radio yayımçısı
    5.5. peyk yayımı həyata keçirən platforma yayımçısı
    5.6. peyk yayımı həyata keçirməyən platforma yayımçısı
    5.7. sifarişli yayım xidməti provayderi
    5.8. sadə platforma operatoru
    5.9. universal platforma operatoru
    5.10. multipleks operatoru

“Dövlət rüsumu haqqında” Qanununda dəyişiklik edilməsi barədə” qanuna əsasən, audiovizual media fəaliyyətinə dair dövlət rüsumları müəyyənləşib.

Leave a Reply Cancel reply