İdxal olunmuş şirniyyat məhsulunun istehlaka yararsız olduğu aşkar olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.  

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Türkaz Ticaret” MMC-nin şirniyyat məhsuluna qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı Agentliyə müraciəti əsasında, idxal olunmuş şirniyyat məhsulundan götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında aparılmış ekspertizası nəticəsində kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu müəyyən olunub.

Faktla bağlı Agentlik tərəfindən 24.01.2022-24.01.2023-ci il tarixli, 024 partiya nömrəli, ümumi çəkisi 340 kq “meliksakşah sultan” əmtəə nişanlı şirniyyat məhsulu partiyasının zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə qərar qəbul edilib. Sözügedən məhsul partiyası “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma