Azərbaycan bölməsinin birinci sinfə qəbulla bağlı sorğuların yerləşdirilməsinə start verilib

6 may saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə birinci sinfə qəbulla bağlı Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsinə (məktəb və müəllim seçimi) start verilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu gün saat 11:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də başlanılır. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi 30 may saat 11:00-da bitəcək.

6 may saat 11:00-dan etibarən Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat mərhələsinə də start verilir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

2022-2023-cü tədris ili üzrə birinci sinfə qəbulla bağlı əlavə məlumatı aşağıda təqdim olunan sual-cavab faylından əldə edə bilərsiniz:

2022-2023-cü tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

Leave a Reply Cancel reply