Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında siqaretlərin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Baş İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “Renault” markalı yük nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu sual olunub.
Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.
Gömrük baxışı zamanı avtomobilin salonunda, yatağın içərisində və yataq yerinin altında xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 6 400 ədəd “Parliament” və 12 200 ədəd “Marlboro” markalı siqaret aşkar edilib.