Xaricdə cinayət törətmiş Azərbaycan vətəndaşı xarici dövlətə ekstradisiya oluna bilərmi? – VİDEO

“Ölkə ərazisindən kənarda cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşı xarici dövlətə ekstradisiya oluna bilərmi?” – Baş Prokurorluğun növbəti video çarxında bu sual cavablandırılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan qanunmvericiliyinə uyğun olaraq Azərbaycan vətəndaşı heç bir halda ölkədən qovula və ya ekstradisiya edilə bilməz.

Ölkə ərazisindən kənarda cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşının cinayət təqibinin Azərbaycanda davam etdirilməsi ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş müddəalara əsasən həll olunur.

Şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətini tanınıb tanınmaması Dövlət Miqrasiya Xidmətinin rəyi əsasında təyin olunur.

Xaricdə cinayət törətmiş və ya şübhəli bilinən Azərbaycan vətəndaşının yerli qanunvericiliyə uyğun olaraq cinayət təqibi dövlət tərəfindən təmin olunur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma