DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi İT sahəsi üzrə könüllü proqramına başlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) fəaliyyətində könüllülük proqramının təşkili prosesinə də yer ayıracaq. Məqsəd İKT ilə bağlı təbliğat və maarifləndirmə işinin aparılması, İKT sahəsi üzrə biliklərə yiyələnmək istəyən gənclərə dəstək olmaq, onlara nəzəri və praktiki təlimlər keçirilməsi, onların innovativ yeniliklərdən istifadəsinə şərait yaradılması, nəticədə “Rəqəmsal könüllülər ailəsi”nin formalaşdırılmasıdır.

TIME bildirir ki, bu istiqamətdə DOST Agentliyinin “Könüllü DOST” proqramında iştirak etmiş
gənclərə və İT sahəsinə marağı ilə seçilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinə üstünlük verilib.

Hazırda mərkəzin mütəxəsisləri tərəfindən təcrübə keçəcək könüllülərin seçimi aparılır. İlkin mərhələdə 25- 30 gəncin iki ay müddətinə könüllü proqramına cəlb edilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma