Deputat Razi Nurullayev pandemiya cərimələrinin ləğvini təklif edib

“Operativ qərargahın şərtlərinə görə AZAL ilə səyahət edənlər uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19-a dair PCR testin mənfi nəticəsi haqqında arayış təqdim etməlidir. Vaxt var idi ki, bütün dünya bunu tətbiq etmişdi. Indi isə bu tələb aradan qaldırılmalıdır. İstanbul hava limanında niyə bizim vətəndaşlarımız PCR test verməlidir? Bu tələbi ədalətsiz qərar sayıram”.

TIME bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, demək olar ki, hər kəs peyvənd olunub: “Bir kağız parçasına elə qiymət qoyublar ki… PCR test tələbi ləğv edilsin, quru sərhədləri açılsın, gözü yollarda qalan hotellər də turistləri qəbul etsin”.

R. Nurullayev pandemiya dövründə müvafiq tələblərin pozulması ilə bağlı yazılan cərimələrin ləğv edilməsini də təklif edib: “Qonşu Gürcüstan bu addımı atıb. Ona görə də parlamentin müvafiq komitəsinin bu məsələni müzakirə etməsini və bu layihəni müzakirəyə təqdim etməsini təklif edirəm”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma