Təhsil naziri “Son zəng”lə bağlı açıqlama verib

Təhsil naziri Emin Əmrullayev bu il “Son zəng” hansı qaydada keçirləcəyi, Bakı ətrafı məktəblərin əsas problemi və distant təhsil sistemimizin keyfiyyət təminatı ilə bağlı sualları cavablandırıb.

TIME bildirir ki, təhsil naziri Emin Əmrullayev şagirdlər arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin təltif olunması mərasimində jurnalistlərə açıqlamasında “Son zəng”in ənənəvi qaydada keçiriləcəyini qeyd edib: “Pandemiya hələ də davam edir. Mövcud qaydalar əsasında bu il məktəblərdə “Son zəng” şənliyinin keçirilməsi gözlənilir”, – deyə o əlavə edib.

Jurnalistlərin suallarını cavablandıraraq, nazir Bakıətrafı qəsəbələrdə əsas problemin məktəblərin təmiri ilə bağlı deyil, şagird sıxlığı ilə əlaqdar olduğunu bildirib: “Hazırda Saray qəsəbəsində böyük bir məktəbin inşası bitmək üzrədir. Binə qəsəbəsində həm Təhsil Nazirliyinin, həm də Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr çərçivəsində inanıram ki, şagird sıxlığı ilə bağlı problemi əsaslı şəkildə həll edə bilmişik. Orada hələ də 2 məktəbin tikintisi davam edir. Bu da problemin həllinə öz töhfəsini verəcək. Xırdalan şəhərində problemimiz nisbətən ciddidir. Orada da 2000 nəfərlik məktəbin inşası davam edir və daha bir məktəb binasının da layihələndirmə işlərinə başlamışıq. Bu il Masazır qəsəbəsində də yeni məktəbin tikintisi planlaşdırılıb. Ümumiyyətlə, Bakıətrafı qəsəbələrdə əsas problem məktəblərin təmiri ilə bağlı deyil, şagird sıxlığı ilə əlaqdardır”.

Distant təhsil sisteminin keyfiyyətindən bəhs edərək, E. Əmrullayev Azərbaycanda hazırda keyfiyyət təminatı alan distant təhsil proqramının olmadığını qeyd edib: “Bu istiqamətdə qanunvericilik bazasının formalaşması üçün Milli Məclisdə Elm və təhsil komitəsi ilə iş aparılır. Distant təhsil tədrisin bir formasıdır, orada verilən bilik və bacarığın diplomla tanınması üçün həmin proqram mütləq qaydada keyfiyyət təminatı sistemindən keçməlidir. Yəqinki zamanla bu istiqamətdə təhsil sistemi olaraq irəliyə doğru gedəcəyik. Amma heç bir formatda distant təhsilin diplom paylanılması və ya qeyri-qanuni diplom alınmasına çevrilməsini istəmirik. Bunu dünya miqyasında qəbul olunan standartlar çərçivəsində etməyi düşünürük” – deyə nazir qeyd edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma