“Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsi Bakı Limanından ilk səfərinə yola düşür – VİDEO

Azərbaycanda inşa olunan “Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsi ilk səfərini Bakı Limanından həyata keçirəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hazırda Bakı Limanında gəminin yüklənməsi operativ şəkildə həyata keçirilir. İlk səfərini Qazaxıstanın Kurik limanına edəcək gəmi-bərə vasitəsilə 37 (TIR), 1 yük maşını, 20 minik maşınının daşınması nəzərdə tutulur. Yaxın saatlarda gəminin Bakı Limanından yola salınması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə bu ilin aprelin 28-də istifadəyə verilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus gəmini otuz nəfərlik heyət üzvü idarə edir və bu gəmi-bərə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma