KOB subyektlərindən investisiya layihələri qəbul olunur

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli layihələrə investisiyaların cəlb olunması məqsədilə KOB subyektlərindən layihələr qəbul edir. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, investisiya layihələri ixracyönümlü və idxalı əvəz edən, yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalını nəzərdə tutmaqla, qeyri-neft sektorunun prioritet istiqamətlərini əhatə etməli, yeni müəssisələrin yaradılmasını və ya innovativ alətlərin tətbiqi ilə mövcud müəssisələrin və bizneslərin yenidən qurulmasını təmin etməlidir. 

KOB subyektlərindən daxil olan layihələr ekspertlər tərəfindən qiymətləndiriləcək, prioritet istiqamətlərə uyğun olan layihələrin maliyyə göstəriciləri qısa və uzunmüddətli dövrlər üçün təhlil edilərək həmin layihələr üzrə maliyyə modelləri qurulmaqla yeni formada işlənib hazırlanacaqdır. 

Yekun investisiya layihələri KOBİA tərəfindən maraqlı investorlara təqdim ediləcəkdir.

Müraciət etmək istəyən KOB subyektlərindən müraciət formasını doldurmaqla 3 iyun 2022-ci il tarixinədək göndərmələri (e-mail: project@investbaku.az) xahiş olunur.

Leave a Reply Cancel reply