DGK sıxlıqların yaranmasına səbəb olaraq bildirir ki

Ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Mazımçay” gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı ilə bağlı yanlış informasiyalar yayımlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yayılan informasiyalarda sıxlığın gömrük orqanlarının yaratdığı süni maneələr nəticəsində yarandığı iddia olunur.

Qeyd edək ki, ölkəmizin ixrac və tranzit imkanlarının, Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra irimiqyaslı layihələr həyata keçirilir. Bu istiqamətdə atılan addımlar çərçivəsində gömrük-sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyəti də xeyli yüksəldilib. Gömrük-keçid məntəqələrində əsaslı yenidənqurma işləri aparılıb, müasir infrastruktur qurulub. Hazırda ölkəmizin Gürcüstan və Rusiya Federasiyası ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin potensialı, buraxılış qabiliyyəti mövcud və daha artıq nəqliyyat axınlarını idarə etməyə imkan verir.

Dövlət Gömrük Komitəsi bildirir ki, sıxlıqların yaranmasına səbəb ölkəmizdən tranzit keçən yük nəqliyyat vasitələrinin sayının  son aylarda kəskin surətdə artması ilə əlaqədardır. Belə ki, hazırda Gürcüstanla sərhəddə yerləşən iki gömrük-keçid məntəqəsi vasitəsilə gün ərzində 1000-ə qədər nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür.  Bu da ölkə ərazisinə “tranzit” gömrük proseduru altında daxil olan yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosedurlarını asan və sürətli şəkildə həyata keçirməyə imkan verir.

Lakin Azərbaycandan keçən yük nəqliyyat vasitələri daha sonra Gürcüstan və Türkiyə Respublikası üzərindən müəyyən olunan marşrutla hərəkət edirlər və bu ölkələr artan nəqliyyat axının qəbulunda müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, hazırda Gürcüstan-Türkiyə sərhədindəki gömrük-keçid məntəqələrinin qarşısında Türkiyəyə daxil olmaq istəyən avtomobillərin sıxlığı yaranıb. Üstəlik xeyli sayda yük nəqliyyat vasitəsi Türkiyəyə keçmək üçün Gürcüstan ərazisindəki TIR parklarında növbə gözləyir.  Buna görə də Gürcüstan Azərbaycandan daxil olan nəqliyyat vasitələrinin sayında müəyyən məhdudiyyətlər tətbiq edir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma