Regionlarda “KOB Fest” təşkil olunacaq

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, eləcə də Şəmkir, Füzuli və Quba rayonlarında KOB Fest – sərgi-satış yarmarkaları təşkil olunacaq.

Yarmarkaların keçirilməsində məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmaq, eləcə də yerli məhsulların tanıdılmasıdır. Yerli istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə yaradacaq yarmarkalar KOB-ların məhsullarının daha çox satılması və tanıdılması ilə yanaşı, KOB-lar və təchizatçılar arasında işgüzar əlaqələrin qurulmasını, həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin satış imkanlarının genişləndirilməsini də hədəfləyir.

Yarmarkalarda KOB subyektlərinin istehsal etdikləri qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri, eləcə də KOB-lar tərəfindən göstərilən xidmətlər təqdim ediləcək. Yerli startaplar da öz məhsul və xidmətləri ilə yarmarkada təmsil oluna bilərlər. KOB Festlər çərçivəsində həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunacaqdır. 

Ölkə regionlarında təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkaları aşağıdakı tarixlərdə keçiriləcəkdir:

07 may – Şəmkir rayonu

09 may – Gəncə şəhəri

14 may – Lənkəran şəhəri

21 may – Füzuli rayonu

28 may – Quba rayonu

30 may – Sumqayıt şəhəri

Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər. Müraciətlər elektron qaydada qəbul olunur: https://smb.gov.az/az/contact-form/exhibition-form/1

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma