“Planet” albomu “İlin ən yaxşı xarici debüt albomu” nominantları sırasındadır

Aprelin 27-də Almaniyanın Bremen şəhərində keçirilən Deutche Jazz Preis – Alman Caz Mükafatlarının  təqdim edilməsi mərasimində tanınmış gənc ifaçı, Əməkdar artist İsfar Sarabski də iştirak edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, İ.Sarabskinin “Planet” albomu “İlin ən yaxşı xarici debüt albomu” nominasiyası üzrə təqdim olunub. Albom Mükafata təqdim olunmuş yüzlərlə yeni layihələr arasından münsiflər heyəti tərəfindən 3 nominantdan biri kimi seçilib.

Aprelin 28-dən mayın 1-dək Bremen şəhərində keçirilən Jazzahead-2022 caz üzrə ən mühüm və geniş beynəlxalq platformadır. Buraya dünyanın bir çox ölkəsindən 15 minə yaxın ziyarətçinin gəlməsi gözlənilir.

Azərbaycan bu ilki sərgidə iki istedadlı ifaçı – pianoçu Əfqan Rəsul və vokalçı Diana Hacıyeva duetini təqdim edir. Peşəkar pianoçu, Montrö Caz Festivalı gənc caz musiqiçilər müsabiqəsinin iştirakçısı Əfqan Rəsul tanınmış gənc vokalçı Diana Hacıyeva ilə birlikdə qısa müddət ərzində həm dinləyicilərin, həm də bu janrın peşəkar bilicilərinin sevdiyi tandem yaradıb və bu duet ilk dəfə Bakı Caz Festivalı 2021-in səhnəsində təqdim olunub.

Jazzahead beynəlxalq caz sərgisində ölkəmizin iştirakı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma