Dünya Konqresində Dövlət Məşğulluq Agentliyinin rəqəmsal layihələri təqdim edildi

Estoniya Respublikasının paytaxtı Tallin şəhərində Ümumdünya Məşğulluq Xidmətləri
Assosiasiyası – WAPES tərəfindən keçirilən Dünya Konqresində Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin rəqəmsal layihələri təqdim
edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, konqresdə ölkəmizi təmsil edən Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti tədbirdə təqdimatla çıxış edib.

“Texnoloji innovasiyalar və xidmətlərin göstərilməsi zamanı süni intellektdən istifadə
sahəsində məşğulluq xidmətlərinin təcrübəsi” mövzusu üzrə edilən təqdimatda Agentlik
tərəfindən rəqəmsal məşğulluğa keçid istiqamətdə icra olunan layihələr barədə ətraflı
məlumat verilib.

“Əmək münasibətləri və məşğulluq altsistemi”, “Məşğul şəxslərin reyestri”, “Qeyri-formal
məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı və digər sistemlərin əhəmiyyətindən
danışılıb.

Ümumilikdə 65 ölkədən nümayəndənin iştirak etdiyi tədbirdə Dövlət Məşğulluq Agentliyinin
İdarə heyətinin sədri Mustafa Abbasbəyli Rumıniya, Litva və müxtəlif ölkələrin məşğulluq
xidmətlərinin rəhbərləri ilə görüşüb və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.
Dünya Konqresi bu gün başa çatıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma