“Benilüks” və “DAYAQ” Təşkilatları Zərifə Əliyevanın Doğum gününə həsr edilmiş silsilə tədbirlər keçiriblər

“Benilüks” Azərbaycanlıları Konqresi və “DAYAQ” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı tərəfindən Zərifə xanım Əliyevanın Doğum gününə həsr edilmiş silsilə tədbirlər keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Təşkilatının Rəhbərliyi ilk öncə I Fəxri Xiyabana gedərək Zərifə xanım Əliyevanın və Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Daha sonra “Benilüks” Azərbaycanlıları Konqresinin, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının və “Yüksəliş” Gənclər Hərəkatının rəhbərləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, II Dünya Müharibəsi iştirakçısı, İstiqlal ordenli, 101 yaşlı Fatma Səttarova ilə görüş keçirib.

Görüş zamanı “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov tərəfindən birgə və səmərəli əməkdaşlığa görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və Cəlil Xəlilov fəxri fərmanla təltif edilib.

Eyni zamanda “Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının tərəfdaşlığı ilə Şəhid ailələri və Qazilərlə görüş keçirilib.

Görüş zamanı 100-dən çox Şəhid ailələri və Vətən Müharibəsi Əlillərinə “Benilüks” Azərbaycanlıları Konqresinin dəstəyi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının təşkilatçılığı ilə bayram sovqatları çatdırılıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma