Azərbaycanda hansı inzibati xətalara daha çox yol verilir?

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2021-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 72 min işə baxılıb ki, bu da 2020-ci ilin göstəricisindən 2,8 faiz azdır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, onların 50 faizi idarəçilik qaydaları, 7,8 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 6,7 faizi yol hərəkəti qaydaları, 4,2 faizi mülkiyyət, 3,7 faizi sağlamlıq, 2,3 faizi əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları, 1,4 faizi vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları, 0,9 faizi iqtisadi fəaliyyət qaydaları, 0,7 faizi hərbi xidmət əleyhinə olan,   3,6 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qalanları isə digər inzibati xətalarla bağlı olub. 

2021-ci ildə baxılmış işlərin 64,5 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 25,5 faizinin icraatına xitam verilib, 8,6 faizi üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılıb, 1,4 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.

İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 15,3 faiz azalaraq 46,4 min nəfər olub. İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 46,4 faizinə inzibati cərimə, 28,2 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 20,0 faizinə inzibati həbs, 2,9 faizinə xəbərdarlıq, 1,9 faizinə ictimai işlər, 0,6 faizinə isə digər tənbeh növləri tətbiq edilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma